AZ | RU | EN

YAŞIL ENERJİ

YAŞIL ENERJİ

Yaşıl tarif - günəş, külək, su və bioyanacaq kimi alternativ, bərpa olunan enerji mənbələrindən istifadə etməklə vaxt vahidi üçün istehsal olunan bir kilovat elektrik enerjisinin dəyəridir.

Belə istehsalı stimullaşdıran enerjitəchizatı təşkilatları ilə təmsil olunan dövlət artıq istehsal olunan elektrik enerjisini xüsusi, "yaşıl tarif"lə alır.

Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürüldüyü və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə payının 30%-ə çatdırılmasının (hazırda 17% təşkil edir) hədəf kimi müəyyənləşdirildiyi nəzərə alınmaqla bu istiqamətdə bir çox işlər görülür. Bu sahədə ilk normativ sənədə kimi "Elekrtik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanun layihəsi hazırlanıb, müvafiq prosedurdan sonra 31 may 2021-ci il tarixində Azərbaycanın Milli Məclisində üçüncü oxunuşda qəbul edilib. Qanunda sahənin inkişafına özəl, o cümlədən xarici investisiyaların cəlbi istiqamətində mexanizmlər nəzərdə tutulub ki, bunlardan biri bərpa olunan enerji hərraclarının təşkilidir. Bu istiqamətdə Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə "Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək" layihəsi həyata keçirilir.

GÜNƏŞ ENERJİSİ

Azərbaycanın təbii iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa geniş imkanlar açır. Belə ki, günəşli saatların miqdarı il ərzində ABŞ-da və Orta Asiya ölkələrində 2500—3000 saat Rusiyada 500-2000 saat, Azərbaycanda isə 2400—3200 saatdır.

Günəş enerjisindən istifadənin inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini qismən həll edə bilər. Son zamanlar dünyanın bir sıra qabaqcıl dövlətlərində Fotovodtaik Proqramının (FVP) geniş şəkildə tətbiq olunmasına başlanmışdır. Azərbaycanın bu Proqrama cəlb olunması regionda belə tip enerji sistemlərinin tətbiqində mühüm rol oynaya bilər.

Qeyd etmək lazımdır ki, günəş stansiyalarının effektivliyi ölkənin təbii iqlim şəraitindən və coğrafi mövqeyindən asılıdır. Belə ki, bir il ərzində 1m2 yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-da 1500-2000 kVts, Rusiyada 800-1600 kVts, Fransada 1200-1400 kVts, Çində 1800-2000 kVts və Azərbaycanda 1500-2000 kVts təşkil edir.

Göründüyü kimi, Azərbaycan ərazisinə düşən günəş şüalarının miqdarı digər ölkələrlə müqayisədə üstünlük təşkil edir ki, bu da günəş enerjisindən istifadənin tətbiqinə sərmayələrin cəlb edilməsinin səmərəlilik meyarlarından biri kimi qiymətləndirilə bilər.

Günəş Elektrik Stansiyalarının Üstünlükləri

Günəş Elektrik Stansiyası


Günəş Elektrik Stansiya növləri


Sistemin Əsası


Güneş Enerjili Aydınlatma


Günəş Elektrik Stansiyası avadanlıqları