AZ | RU | EN

MƏHSULLAR

ON GRID SİSTEM

ON-Grid SİSTEM

On-Grid sistem günəş enerjisi sistemi elektrik şəbəkəsinə qoşulan sistemdir. Yaranan artıq enerji şəbəkəyə göndərilir və bu o deməkdir ki, istifadəçi istehsal edilən enerjininin artığını geri satış edə bilir. Eynilə, sistem enerjini az istehsal etdikdə, istifadəçi çatışmayan elektrik enerjisini şəbəkədən istifadə edir.

Şəbəkəyə bağlı olmaq faydalıdır, çünki istifadəçi artıq enerji saxlamaq üçün bahalı batareya ehtiyatı almağa ehtiyac duymur. Bu, şəbəkə sistemlərini yaşayış yerlərində daha populyar edir.

Müəssisələr də sistemdən gündəlik tələbatlarını ödəmək və istehsal olunan artıq enerjidən gəlir əldə etmək üçün istifadə edirlər. Lakin, şəbəkəyə qoşulma o deməkdir ki, istifadəçi elektrik kəsilməsi ilə üzləşməli ola bilər. Güclü şəbəkə ilə təmin edilmiş yaşayış evləri, ticarət və sənaye obyektləri üçün uyğundur


On-Grid sistemin üstünlükləri:

- Asan quraşdırma, sərfəli qiymət
- Orta hesabla 70% enerjiyə qənaət
- Yaşayış istifadəçilərinə və müəssisələrə sistemlər tərəfindən istehsal olunan izafi enerjidən passiv gəlir əldə etmək imkanı